RƏYLƏR

Bank sektorunda çalışdığım üçün, gün ərzində müxtəlif tipli insanlarla ünsiyyətdə oluram və işimin gərəyi üçün müəyyən mənada insanları tanımağı bacarmalıyam. Təbriz Hacıyevin “Operativ Psixodiaqnostika” təliminə gələnə kimi mən də bir çoxları kimi insanları tanıdığımı zənn edirdim, amma bu təlimə qatıldıqdan sonra fikirlərim tamam dəyişdi. Bu təlim mənə çox şey öyrətdi. Artıq insanları daha yaxşı tanımağa və ən əsası isə onları olduğu kimi qəbul etməyə başladım. Buna görə də həm gözəl insan, gözəl yoldaş, eyni zamanda da tanıdığım ən yaxşı təlimçi olan Təbriz Hacıyevə təşəkkürlər.

Nicat Novruzov - Kredit Evi MMC adlı yerdə Direktor muavini vəzifəsində

Bu günə qədər yerli və xarici bir çox təlimdə olmuşam. Həqiqətən faydasını gördüyüm və həyatım boyu istifadə etdiyim çox az təlim olub. Təbriz müəllimin gizli idarəetmə təlimində iştirak etmişəm. Və deyərdim ki, bu təlim faydalı gördüyüm çox az təlimlərdən biridir. Bu təlimdə mən öz daxili dünyamı kəşf etdim.Hansı tip insan olduğumu, bəzi xüsusiyyətlərimin qaynaq nöqtəsini bildim. Bu özünüinkişaf üçün yaxşı məlumatlar idi. Bundan başqa işim insanları yaxşı tanımağı tələb edir. Bu təlimin köməyi ilə çox qısa zamanda insanların hansı tipə aid olduğunu və onlarla necə davranmaq lazım gəldiyini öyrəndim. Çox şadam ki, bu təlimlərdə iştirak etmişəm.

Xəqani Səfərov - Avrora MMC-də Təşkilati inkişaf və İnsan Resursları Departament direktoru

Hər zaman insanları daha yaxşı tanımağın yollarını axtarmışam. Öz inkişafım üçün bir çox seminarlarda olmuşam. Təbriz müəllimin təlimdə öyrətdiyi gizli idarəetmə mənə çox faydalı oldu və həyatımda ciddi çevriliş etdi. Daxili aləmimi kəşf etdim. Satış rəhbəri olduğum üçün baxış bucağımı hər insana uyğun olaraq dəyişdirdim. Rəhbərlik etdiyim komandada hər kəsi tipinə uyğun işə yönləndirərək əla nəticələr aldım. Düşünürəm ki, hər kəs Təbriz Hacıyevdən insan psixotiplərini öyrənməlidir.

Zaur Vəliyev - Səhliyalı müəssisəsinin satış departamentinin müdiri

Bir iş adamı olaraq vaxtımın azlığından bəzi mühüm təlimlərə qatıla bilmirdim. Bir neçə gün bundan əvvəl Dəyərli və Əziz Dostumuz Təbriz Hacınskinin yeni ve çox lazımlı videolayn layihəsi ilə tanış oldum. Düşünürəm ve inanıram ki, bu İnnovativ layihə özünü inkişaf etdirmek istəyən hər kəs üçün faydalı olacaq. Bu layihə ilə harada olmağımızdan asılı olmayaraq öz şəxsi inkişafımızı daim təmin edə biləcəyik. Bu yeni, gözel, innovativ ve hər kəsə faydalı olacaq layihənin ərsəyə gətirilməsi üçün CİBS şirkətinə və şəxsən Təbriz Hacınskiyə öz dərin təşəkkürümü bildirirəm!

Ramin Məmmədov - İş adamı

Bir psixoloq kimi bu kitabı yüksək qiymətləndirirəm. Çünki bizim iş sahəmiz hər şeydən əvvəl insan faktorunu araşdırır. Məncə praktik psixologiya sahəsində çalışan hər kəs bu kitabdan yararlanmalıdır. Bu təlimlərdə iştirak etdikdən sonra konsultasiyalarımda operativ psixodiaqnostikadan daha geniş istifadə etməyə başlamışam. Praktik sahədə çalışan bütün psixoloqlar bu kitabdan yararlansınlar. Çünki biz insanları tez tanımaqla tez də problemin həlli yolunu tapırıq. Bu kitab bizim iş kollektivində, ailə münasibətlərində, uşaq tərbiyəsində və s.-də köməyimizə çata bilər. Təbriz bəyə uğur arzulayıram. Bu kitab hər bir psixoloqun stolüstü kitabına çevriləcək.

Lalə Həmidli - Psixoloq, ailə məsləhətçisi

Əla dərslərdir, çox şey öyrəndim. Təbriz müəllimə xüsusi təşəkkürümü bildirirəm. Çox gözəl müəllimsiz. Yeni videolarınızı gözləyirəm. Sükanı belə saxlayın. Sizə uğurlar arzu edirəm. Hər şeyə görə təşəkkür edirəm.

Elşad Əzizov - Mühəndis

PARTNYORLARIMIZ

Paketini seç ve öyrənməyə başla

Videoline'da yer alan 150+ video və 400+ dəqiqə dərslərə baxmaq üçün özünə uyğun olan paketi seç.

GÜVƏNLİ  ALIŞ - VERİŞ

hamısını göstər

Bütün video dərslərə limitsiz baxmaq icazəsi

Vdeoline - da yer alan 150+ video və 400+ dəqiqə dərslərə limitsiz icazə əldə etmək üçün , indi üzv ol.

ÜZV OL